Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçki zəfərindən sonra atdığı ilk tweet sosial mediada böyük rezonansa səbəb oldu. Ərdoğanın bu tweeti rekord sayda rəğbət qazandı.
AK Partiya və MHP-nin yaratdığı “Cümhur İttifaqı”, “Millət İttifaqı”nı məğlub edərək seçkidə qələbə qazanıb. Prezident Ərdoğan da səslərin çoxunu alaraq yeni sistemdə ilk Prezident olub. Prezident Ərdoğan, “Millət İttifaqı”nın seçki prosesi boyu istifadə etdiyi “Tamam” şüarına qarşı seçkidən dərhal sonra atdığı ilk tweet ilə “Davam” deyib. Ərdoğanın sosial media hesabı Twitter-dən etdiyi paylaşma böyük dəstək qazanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?