Türkiyə, ABŞ-lı firmaların on ildir əlində tutduğu və istehsalın qarşısını almaq üçün min bir oyundan çıxdığı Yozqatdakı uran mədənlərinin lisenziyasını ləğv edib.
Amerika, müdafiə sənayesi və maliyyə bazarları başda olmaqla, Türkiyəyə bir çox sahədə açıqdan embarqo və iqtisadi markalama tətbiq etməyə davam edərkən, bu düşməncəsinə mövqeyə daha çox dözməyəcəyi siqnalını verən Türkiyə, buna qarşı adekvat addım atıb. ABŞ-lı firmaların əlində olan, Yozqatdakı 15708 hektar (157 km2) ərazini əhatə edən 8 strateji uran mədən sahəsini əhatə edən lisenziyalar, Enerji Nazirliyi Mədən İşləri Baş İdarəsi (MİGEM) tərəfindən ləğv edilib. İllərdir lisenziyaları əllərində tutub, Türkiyənin mədənləri istifadə etməsinin qarşısını alan, lisenziyaları müxtəlif şirkətlərə verməklə vaxt qazanmağa çalışan Amerikalı firmaların oyunu da beləcə pozulmuş oldu. Qeyd edək ki, Türkiyənin nüvə enerji stansiyası qurmaq layihəsinin ciddilik qazanmağa başladığı 2000-ci illərin ortalarında, Yozqatda müəyyən edilən və nüvə stansiyalarında istifadə ediləcək xammal olan uran mədənlərini ələ keçirən Amerikalıların 8 lisenziyası var idi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?