Amerika rəsmiləri, ABŞ dövlət katibi Tillersonın Türkiyə səfərində, Afrin əməliyyatının məhdudlaşdırılması da daxil, bir çox çətin məsələləri gündəmə gətirəcəyini bildirib.
ABŞ-dan gələn həftə Türkiyəyə ediləcək həlledici səfərlə bağlı bir açıqlama gəlib.
TILLERSON, AFRİNİ GÜNDƏMƏ GƏTİRƏCƏK
Adı açıqlanmayan Amerikalı yüksək səviyyəli bir məmur, dövlət katibi Reks Tillersonın Türkiyə səfərində Afrin əməliyyatını gündəmə gətirəcəyini söyləyib. Mətbuata verilən məlumata görə, Tillerson təmasları zamanı, Afrin əməliyyatı üçün təmkinli olmağa dəvət edəcək. Tillersonın Türkiyədən əməliyyatın məhdudlaşdırılması və ya dayandırılmasını da tələb edə biləcəyi qeyd olunub. Türkiyənin son dövrdə ABŞ-a qarşı sərt çıxışlar etdiyini qeyd edən səlahiyyətli, “Türkiyə ilə eyni fikirdə olmaq, eyni nöqtəni tapmaq üçün çətin zamanlardan keçirik. Ona görə də Türkiyə ilə ortaq dil tapmaq çox çətin olacaq" deyə, bildirib. Amerikalı məmur, Tillersonın Ankaradakı təmaslarının çətin olacağını da qeyd edib.
İKİ KRİTİK SƏFƏR
Tillersonun gələn həftənin ortasında Türkiyədə olması gözlənilir. Bu həftənin sonunda isə ABŞ-dan Türkiyəyə kritik bir səfər var. Ağ Evin Milli Təhlükəsizlik Müşaviri general-leytenant Herbert Raymond Makmaster danışıqlar aparmaq üçün Ankaraya gələcək. Hər iki isim, ABŞ prezidenti Donald Trampın xarici siyasətdəki komandasının önündə olanşəxslər kimi tanınır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?