ABŞ-ın milli təhlükəsizlik məssləri üzrə müşaviri Şimali Koreyanın nüvə, kimyəvi və bioloji silah proqramlarını dayandıracağından əminliyini ifadə edib.
Con Bolton CBS News- a müsahibəsi zamanı bildirib ki, əgər Pxenyan kimyəvi və bioloji silah proqramlarını dayandırmaq haqda strateji qərarını veribsə, irəliləyişi sürətləndirmək mümkün olacaq. Müşavir nüvə proqramının bir il ərzində tamamilə məhv edilə biləcəyini deyib.
Bolton Washington Post qəzetinin Şimali Koreyanın liderinin prezident Trampla Sinqapurda Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair razılıq əldə etməsindən sonra belə nüvə proqramını gizlətməyə çalışdığına dair məqaləyə şərh verməkdən imtina edib.
Sinqapurda imzalanan razılıqda Şimali Koreya lideri Kim Conq Un Koreya yarımadasını nüvəsizləşdirilmə istiqamətində "qəti və davamlı öhdəliyini" bir daha təsdiqləyib. ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyanın təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyini öz üzərinə götürüb.
Tramp Fox News-a bildirib ki, Kimlə yaxşı münasibətlər qura bilib. O da Kimin nüvəsizləşmə vədinə əməl edəcəyinə inandığını ifdə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?