Dağıstanın keçmiş Səhiyyə naziri Tanka İbrahimov Maxaçqalada saxlanılıb.
gundemxeber.az xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb. Agentlik İbrahimovun evində axtarış aparıldıqdan sonra həbs edildiyini bildirib. Eks-nazir büdcə vəsaitlərinin mənimsənilməsində ittiham edilib.
Qeyd edək ki, İbrahimov 2013-2018-ci illərdə Dağıstan Səhiyyə Nazirliyinə rəhbərlik edib.
Bir neçə gün öncə Dağıstanda Baş nazirin müavini Ramazan Əliyev də həbs edilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?