ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Brüsseldə keçirilən NATO ölkə başçılarının sammiti çərçivəsində təkbətək görüş keçirib.
Tramp Almaniyanın Rusiya ilə Baltik dənizi qaz boru kəməri razılığını dəstəkləməsini tənqid edib.
Bu görüş Tramp Almaniyanın hərbi xərclərini tənqid etdikdən və Almaniyanın “Rusiyanın əsiri” olmaqda günahlandırdıqdan sonra “təcili” qaydada elan edilib.
İyulun 11-də Merkellə görüşdən sonra Tramp jurnalistlərə deyib ki, təkbətək söhbət zamanı Almaniyanın hərbi xərclər, Berlin və Moskva arasında Rusiyanın ŞimalAxını-2 təbii qaz kəməri razılaşması məsələlərini qaldırıb.
Trampın Almaniya-Rusiya mövqeyinə ən kəskin cavabı o ölkənin xarici işlər naziri Heyko Maas verib. O deyib ki, nə almanlar məhbusdur, nə də Rusiya Amerikadır. Nazir Almaniyanın 2014-cü ilədək müdafiə büdcəsini 80 faiz artırılacağını və bu yüksək məbləğin nəzərdə saxlanmalı olduğunu bildirib.
Tramp isə israr bildirib ki, onun Almaniya kansleri ilə “çox yaxşı” münasibətləri var.
Öz növbəsində Merkel bildirib ki, o, Trampla ticarət və miqrasiya məsələlərini müzakirə edib və ABŞ prezidenti ilə bundan sonra da fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?