GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp-Putin görüşü: - küsülülər barışdı, Aİ nəfəs aldı, problemlər qaldı

Tramp-Putin görüşü: - küsülülər barışdı, Aİ nəfəs aldı, problemlər qaldı

Tarix: 17-07-2018, 16:51 Bölmə :Dünya Baxış: 327
Tramp-Putin görüşü: - küsülülər barışdı, Aİ nəfəs aldı, problemlər qaldı


İyulun 16-da beynəlxalq ictimaiyyətin gözlədiyi ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı görüş keçirildi.

Bu, Ukrayna hadisələrindən sonra iki ölkə lideri, o cümlədən Trampla Putin arasında ilk görüş idi.

Düzdür, bu sammit ABŞ-ın 37-ci prezidenti Riçard Niksonla keçmiş SSRİ-nin lideri Leonid Brejnev, yaxud ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanla SSRİ-nin lideri Mixail Qorbaçov arasında keçirilən görüşlə eyni səviyyədə deyildi. Çünki indiki Rusiya o zamankı Sovet İttifaqı gücündə və qüdrətində deyil, eləcə də ABŞ-ın da sözü o vaxtkı kimi müttəfiqləri arasında birmənalı olaraq qəbul edilmir.

Dünya təkqütblü adlansa da, ABŞ-ın iddialarına qarşı kəskin münasibətlər bildirilir.

Almaniyanın xarici işlər naziri Xayko Maas Helsinki zirvə toplantısından əvvəl Ağ Evə artıq tam etibar edə bilmədiklərini söyləyib: ““Tərəfdaşlığımızı davam etdirmək üçün ABŞ-ı tənzimləməliyik. ABŞ-la münasibətlər fonunda Avropada sıx birləşəcəyimizin vacib olduğu ilkin yekun nəticədir”.

O, Donald Trampın sosial şəbəkə vasitəsi ilə Avropadakı müttəfiqlərinə yazdıqlarına işarə edərək, qeyd edib ki, “söz və “tvitter” hücumunun sərtliyindən asılı olmayaraq, Avropa İttifaqı parçalanmağına imkan verməməlidir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, Tramp Avropa İttifaqında sabitliyi pozmağa can atır: “ABŞ prezidenti Donald Tramp Avropa İttifaqında sabitliyi pozmaq üçün addımlar atır, ancaq Avropa buna imkan verməyəcək. O, iqlim üzrə razılaşmanı, İranın atom-nüvə proqramı, BMT-nin fəaliyyət modeli ilə bağlı razılaşmaları təhlükəyə atıb. Onun üçün Avropanın mövcud birliyi qəbuledilməzdir. O, Avropaya, o cümlədən ticarət sahəsinə münasibətdə bəzi təşəbbüslər göstərir. Ancaq Avropa sabitliyin pozulmasına özü imkan verməyəcək”.

Avropalılar belə ehtimal edir ki, Donald Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ləğv edə bilər. Bu və başqa bu kimi məsələlər iki müttəfiq arasında gərginlik yaradıb.

Donald Tramp NATO-nu zirvə toplantısında Avropadakı müttəfiqlərinin müdafiə xərclərinin artırılrmasını istəyib. Almaniya onun tənqidinə daha çox məruz qalıb. Donald Tramp bildirib ki, Almaniya bir yandan Rusiyadan təbii qaz alır, o biri yandan isə təhlükəsizliyinin təmin edilməsində ABŞ-dan yardım istəyir.

ABŞ prezidenti bundan sonra müttəfiqlərinin NATO çərçivəsində müdafiə xərclərini ödəməyəcəyini vurğulayıb.

Avropa İttifaqı İranla nüvə proqramına dair imzalanan Əhatəli Fəaliyyət Planı müqaviləsinə sadiq olduqlarını vurğulayırlar. Görünür, ABŞ-ın İranla bağlı istəklərinin reallaşmasına avropalılar mane olur. Onlara “dost və düşməni” göstərmək üçün Ağ Ev bu yolla Avropa İttifaqındakı bəzi dövlətlərə, o cümlədən Almaniyaya təzyiq edir.

Təzyiqlər artıq öz nəticəsini verməkdədir. Bu günlərdə Fransanın “Total” şirkəti İranda fəaliyyətinin dayandırdığını bildirib.

Donald Tramp iyulun 13-də Londonda Britaniyanın baş naziri Tereza Meylə keçirdiyi görüş zamanı İrana qarşı təzyiqlərin artırılması məsələsində razılığa gəlib. Tərəflər İranın nüvə silahına sahib olmaması məsələsində də ortaq mövqeyə malik olduqlarını bildiriblər.

Qeyd edək ki, belə bir şəraitdə Tramp-Putin görüşü reallaşdı.

Görüşdən sonra dövlət başçıları bəzi açıqlamalar verdi.

“Son bir neçə ildə əlaqələrimiz yaxşı deyildi. Ancaq fövqəladə əlaqələrə sahib olar bilərik. İki nüvə gücüyük. Məncə, dünya bizim yaxşı rəftar etməyimiz istəyir”, - deyə Donald Tramp vurğulayıb.

ABŞ prezident bildirib ki, Rusiya ilə “möhtəşəm işlər” görəcəklər. O, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə Rusiyanın yardım etdiyini də vurğulayıb.

Görüşdə müzakirə edilən məsələlərdən biri də İranla bağlı olub. Tramp bildirib ki, İranla nüvə sazişinin qorunması Moskvanın marağındadır, ancaq bu onları qane etmir. O, İrana nüvə planları ilə bağlı təzyiq göstərmək vacibliyini söyləyib: "İranın Yaxın Şərqdə nüvə planlarının qarşısını almaq üçün bu ölkəyə təzyiq göstərməyin vacibliyini vurğulamışam".

Görüşdən əvvəl İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya Prezidenti Vladimir Putinlə görüşmüşdü. Rusiya ilə İranın yaxınlığına görə, KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.

İran tərəfi bu məlumatı təkzib edib.

Bununla belə Rusiyanın ABŞ-İran münasibətində vasitəçilik etdiyi də istisna edilmir. Liderlərin görüşündə Rusiyanın İranla bağlı mövqeyi heç şübhəsi müzakirə olunub. Onu da ehtimal etmək olar ki, Vilayəti Moskvaya səfəri zamanı Putinlə görüşündə ölkəsinin ABŞ-la bağlı mövqeyini açıqlayıb.

Bu baxımdan İran ABŞ-a rəsmi olaraq, məktub ünvanlamasa da, şifahi mesaj ola bilər.

Tramp Suriyada vəziyyətin qarma-qarışıq olduğunu söyləyib: “İki ölkənin əməkdaşlığı yüz minlərlə insanın həyatını xilas etmək potensialına malikdir”.

Vladimir Putin də öz növbəsində görüşün nəticələrindən danışarkən, Donald Trampla bir-birinin başa düşdüklərini, əlaqələrinin yaxşılaşması üçün ilk addımın atıldığını deyib.

Putin Suriya məsələsində səyləri artıracaqlarını, humanitar yardım ediləcəyini bildirib. İranla bağlı müzakirədən danışan Rusiya prezidenti qeyd edib ki, bu məsələdə Moskvanın mövqeyi Vaşinqtona məlumdur.

Görüşdə ABŞ lideri Rusiyanın Ukraynadakı fəaliyyətindən, Krımı ilhaqından narazılığını vurğulayıb.

Beləliklə, 4 saat sürən görüşdən dünyada mövcud münaqişələrin həlli, o cümlədən Suriyadakı vəziyyətlə bağlı elə ciddi anlaşmanı olmadığı qənaətinə gəlmək olar. Suriyada əsas problemlərə - Bəşşar Əsədin siyasi hakimiyyətinin gələcəyi, ölkənin ərazi bütövlüyü kimi taleyüklü məsələlərə işarə belə edilmədi. Elə Ukrayna məsələsində də Rusiya geri çəkilənə oxşamır. Bununla bağlı da bir konkret fikir söylənmədi.

Moskva Tehranı müdafiə edəcəyini gizlətmir. Putin bunu Trampla görüşündə də vurğulayıb. Energetika ilə bağlı məsələ də örtülü qalıb.

Odur ki, bu görüşü daha çox tərəflərin bir-birini öyrənməsi, tanış olması kimi xarakterizə etmək olar. Tramp-Putin görüşündə iki dövlət arasında heç bir sənəd imzalanmadı. Bu sammiti beynəlxalqa arenadakı problemləri iki liderin müzakirəsi, məsləhətləşməsi kimi də dəyərləndirmək olar.

Atalar sözündə deyilir: “Üz, üzdən utanar”. Prezidentlər bir sıra məsələlərdə bunu yoxlamağa da cəhd göstərdi. Ancaq yayılan informasiyalara əsasən demək olar ki, onlar öz mövqeyindən geri çəkilənə oxşamır. Yəni üz, üzdən utanmadı.

Liderlərin görüşünün əhəmiyyəti isə qapalı, açıqlanası mümkün olmayan məsələlərin təkbətək müzakirə edilməsində idi. Bir də beynəlxalq sahədə gərginliyin azalmasına təsir göstərə bilər. Bundan sonra ABŞ və Rusiya prezidentləri vasitəçi olmadan istənilən mövzunu bir-birinə zəng edərək, müzakirə etmək imkanı qazandı. Başqa sözlə, küsülülük aradan qalxdı.

Bu həm də Avropa İttifaqının narahatlığını azaltdı. Onların ehtiyatlandığı hadisələr baş vermədi. Başqa sözlə, avropalılar dərindən nəfəs ala bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp və Putin arasında görüş başa çatıb -YENİLƏNİB

    Tramp və Putin arasında görüş başa çatıb ...

    7-07-2017, 22:56

  • 
  • "G20" sammiti başladı — Qısa xülasə

    "G20" sammiti başladı — Qısa xülasə ...

    7-07-2017, 14:54

  • 
  • Səfir Hantsman Tramp və Putin arasında mümkün zirvə görüşü haqda danışıb

    Səfir Hantsman Tramp və Putin arasında mümkün ...

    4-06-2018, 11:48

  • 
  • Putin və Tramp arasında görüş sabah günün ikinci yarısında baş tutacaq

    Putin və Tramp arasında görüş sabah günün ikinci ...

    7-07-2017, 00:27

  • 
  • Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən çıxmasını tənqid edib

    Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən ...

    11-06-2018, 09:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu