Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” qəzeti yazıb. Məlumata görə, Paşinyan 26-27 iyulda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumətlərarası şurasının Sankt-Peterburqda keçiriləcək iclasına qatılacaq. “İclasda Ermənistanı Nikol Paşinyan təmsil edəcək. Əvvəlcə baş nazirin müavini Ara Mirzoyanın gedəcəyi nəzərdə tutulsa da, əldə etdiyimiz məlumata görə, Rusiya Paşinyanın gəlməsini tələb edib”, - deyə qəzet yazıb.
Sorğu
Yeni dizaynımız necədir?