Husilərin siyasi şurasının sədri Mehdi əl-Maşat Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək, ondan Yəməndəki müharibənin başa çatdırılmasında dəstək olmasını xahiş edib.
Məktubda iki ölkənin maraqları ilə bağlı bir sıra məsələlərdən, xüsusən də Yəmənin qərb sahillərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyası tərəfindən hərbi əməliyyatların artmasından bəhs edilib.
Yəmən şiələrindən olan husilər “Ənsarullah Hərəkatı”nı təmsil edir və 2015-ci ildən devrilmiş prezident Əli Abdullah Salehi dəstəkləyir. Hazırkı prezident Əbd Rəbbu Mənsur Hadini Səudiyyə Ərəbistanında yaşadığı üçün Ər-Riyad Yəməndəki hərbi əməliyyatlara müdaxilə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?