Rusiyanın hüquq təcrübəsində ilk dəfə həyatda olmayan insan üzərində məhkəmə qurulub. Moskvanın Tver məhkəməsi "Hermitage Capital" fondunun hüquqşünası Sergey Maqnitski və fondun direktoru Uilyam Brauderi külli miqdarda vergidən yayınmaqda təqsirli bilib. Məhkəmə müəyyən edib ki, Maqtinski Brauderin maraqlarına uyğun hərəkət edib. Lakin Sergey Maqnistki dünyasını dəyişdiyindən, onunla bağlı cinayət təqibini dayandırıb. Buna baxmayaraq, rusiyalı hüquqşünasa bəraət verilməyib.
Uilyam Brauder Böyük Britaniya vətəndaşıdır və həbsə düşmək ehtimalı sıfıra bərabərdir. Qiyabi şəkildə 9 il müddətinə azadlıqdan məhrum edilən Brauderin vəkilləri hökmdən şikayət etməyə hazırlaşırlar.
Yüksək rütbəli məmurların maliyyə fırıldaqlarını araşdıran Sergey Maqnitski 2009-cu ilin sonunda "Matrosskaya tişina" təcridxanasında dünyasını dəyişib. Hüquq müdafiəçiləri iddia edirlər ki, o, tibbi yardım göstərilmədiyindən vəfat edib.
Amerika Birləşmiş Ştatları Ruisya məhkəməsinin Sergey Maqnitski barədə hökmündən təəssüflənib və Moskvanı onun ölümünün günahkarlarını cəzalandırmağa çağırıb. Bunu Dövlət Departamentinin nümayəndəsi Cen Psaki gündəlik mətbuat konfransında deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?