Dövlət Departamentinin saytında gedən imza kampaniyası başa çatıb
gundemxeber.az Rusiya dövlət dumasının“ Maqnitsky aktı” na qarşı qəbul etdiyi qanun layihəsi ilə bağlı ABŞ Dövlət Departamentinin saytında gedən imza kampaniyası başa çatıb. Məqsəd qanun layihəsində əli olan deputatları “Maqnitski siyahısı” na salmaq, onlara qarşı sanksiyalar tədbiq etməkdir. Artıq 50 mindən artıq imza toplanıb ki, bu ABŞ hökumətinin məsələyə baxması üçün kifayyətdir. Rusiya Dövlət Dumasının qəbul etdiyi qanun layihəsində rusiyalı uşaqların amerikalılara övladlığa verilməsi nəzərdə tutulur. İndi sənədi Federasiya şurası da müzakirə etməlidir. ABŞ-ın bundan əvvəl qəbul etdiyi “ Magnitsky aktı”nda isə Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur. Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?