ABŞ Ermənistan hökumətini 1 mart qırğını ilə bağlı ciddi, etibarlı və müstəqil şəkildə araşdırma aparmağa səsləyib.
gundemxeber.az xəbər verir ki, bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrindən biri deyib.
Qeyd edək ki, 1 mart qırğını ilə bağlı aparılan araşdırmalar nəticəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan həbs edilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Xaçaturova qarşı isə cinayət işi açılıb və o, hazırda girov müqabilində azadlıqdadır. Üstəlik, Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan da qiyabi olaraq həbsə məhkum edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?