Ermənistan hakimiyyət orqanları Konstitusiyaya mümkün dəyişikliklərlə bağlı müzakirələrə başlayıb.
Modern.az erməni mətbuatına iastinadən bildirir ki, Ermənistanın hakim Respublikaçılar Partiyası (ERP) müzakirələrdən sonra parlament respublikasına keçidlə bağlı təklif verəcəyini qərarlaşdırıb. Bu barədə Azadlıq Radiosuna müsahibəsində Ermənistan Milli Məclisinin Dövlət və Hüquq Məsələləri üzrə Daimi Komitəsinin sədri Davit Arutyunyan bildirib.
“Müzakirələr uzun müddətdir ki, gedir”, - deyə Arutyunyan qeyd edib. Onun sözlərinə görə, 2005-ci ildə Ermənistan Konstitutsiyasına edilən dəyişikliklərin heç də hamısı bu gün qənaətbəxş hesab edilmir. "Respublika Partiyası hələ ki, açıq-aydın bir seçimi müzakirəyə çıxarmayıb. Müzakirələr o zaman nəticələnəcək ki, təklif tam olaraq irəli sürülsün. Mən bu seçimin müzakirəsini istisna etmirəm. Eeləcə də hər hansısa bir başqa variantın müzakirəsi də gözlənilə bilər", - deyə Arutyunyan əlavə edib. O, parlament respublikasına keçiləcəyi halda ERP növbəti parlament seçkilərində Serj Sarksyanı hökumət başçısı seçə bilərlər. Bu o halda mümkün olacaq ki, hakim partiya seçkiləri qazanaraq hazırki prezidenti baş nazir postuna gətirəcək.
Sorğu
Yeni dizaynımız necədir?