Əfsanəvi müğənni Uitni Hyustonun qızı Bobbi Kristina öz qardaşı ilə evlənir.
Bu barədə o, sosial şəbəkədəki səhifəsində məlumat verib. Ancaq bütün dünyanı heyrətə salan “qardaş-bacı evliliyinin” digər tərəfi də var. Bobbinin ərə getməyə hazırlaşdığı Nik Qordon onun doğma qardaşı deyil.
Utni Hyuston Niki 12 yaşı olanda yanına gətirib. 12 yaşlı oğlanın atası həbsxanaya düşüb, anası isə ona baxa bilmədiyinə görə müğənni belə bir addım atmaq qərarına gəlib. Nik müğənninin qızı ilə bir yerdə böyüyüb.
“Biz nişanlanmışıq. Heç də bacı-qardaş deyilik. Çünki anam Niki heş vaxt rəsmi olaraq övladlığa götürməyib. Anam bilirdi ki, biz Niklə görüşürük” deyə müğənninin qızı bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?