Respublikaçılar Partiyası Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsi məsələsini beynəlxalq arenaya çıxartmaq niyyətindədir.
Bu barədə məlumatı partiyanın parlamentdəki fraksiyası yayıb. “Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”, – deyə o bildirib. Qeyd edək ki, iyulun 27-də Köçəryan haqqında konstitusion quruluşu dəyişməyə cəhd ittihamı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Köçəryanın həbsi xüsusilə Respublikaçı və Daşnaksütyun partiyalarında etiraza səbəb olub. (Axar.az)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?