Ermənistan Rusiyanın sərhədçilərinin status məsələsini müzakirə edəcəyini bildirib.
Bu məsələ Rusiya KİV-lərində Moskvanın şantaj edilməsi kimi qiymətləndirilib.
Müdafiə naziri David Tonoyan jurnalistlərə deyib ki, Türkiyə və İran eyni zamanda paytaxt hava limanında xidmət edən rus hərbçilərinin statusuna yenidən baxılacaq. Tonoyan qeyd edib ki, bəzi şərtləri dəyişmək lazımdır. Amma Paşinyan isə müsahibəsində bildirib ki, Rusiyanın hərbi bazası və sərhədçiləri Ermənistanın maraq dairəsindədir. Baş nazir qeyd edib ki, hərbi baza Ermənistanın təhülkəsizlik sisteminin vacib hissəsidir.
Göründüyü kimi, Paşinyan və Tonoyan pis polis və yaxşı polis oyunu oynayır. Bu bəyanatlardan Paşinyanın yaxşı polis, Tonoyanın isə pis polis rolu oynadığı görünür.
Hazırda Ermənistanda Rusiya əleyhinə kütləvi əhval-ruhiyyə hökm sürür. Müdafiə nazirinin bəyanatı da məhz bu fonda səsləndirilib. Bəlkə də bu bəyanat Qərbə hesablanıb? Sözü ataq, görək Rusiya necə reaksiya verəcək? Erməni siyasətçi Levon Şirinyan qeyd edir ki, Moskva Ermənistanı təmizləyib. Paşinyan isə Ermənistanı Rusiyanın nüfuz dairəsindən çıxarmağa çalışır. Hazırda Ermənistanla sərhədi 4.500 rus hərbçisi qoruyur. Türkiyə NATO üzvüdür, eyni zamanda alyansa münasibətləri soyuyub. Ermənistan isə NATO ilə əməkdaşlığa can atır.
Qısacası, Ermənistanın xarici siyasətində xaos hökm sürür. Bir tərəfdən Qərbə yaltaqlanmaq, Rusiyanın təsirindən qurtulmaq istəyi, digər tərəfdən isə Azərbaycandan qorxan Paşinyanın Moskvaya yaltaqlanması göz önündədir.
O zaman belə çıxır ki, Ermənistanın adı müstəqil olsa da, hamıdan asılıdır, əsasən də Rusiyadan. Belə hərəkətdən sonra Rusiya silah krediti verəcəkmi? Şübhəlidir, Moskva çox ciddi təminat tələb edəcək.
Sorğu
Yeni dizaynımız necədir?