ABŞ prezidenti xüsusi təhqiqiatçı Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə dair araşdırmalarına hücumlarını davam etdirərək, "gizli sövdələşmənin cinayət” olmadığını deyib.
Donald Tramp vəkili, Nyu-Yorkun sabiq meri Rudi Culianının sözlərinə qüvvət verib.
Culaini deyib ki, sövdələşmə ABŞ-ın qanun məcəlləsinə zidd deyil. Tramp bildirib ki, bunun mənası yoxdur, çünki onun kampaniyası Rusiya ilə heç bir əlaqədə olmayıb.
Hətta iş birliyi cinayət olmasa belə təhlilçilər deyir ki, Müller çox ehtimal ki, mümkün konspirasiyanı araşdırır.
Tramp Rusiyanın seçkilərə müdaxilsini istəmədən qəbul etsə də, təhqiqiatı “böyük mistifikasiya" adlandırıb.
ABŞ prezidenti Donald Trampın dedikləri onun seçki kampaniyasının keçmiş başçısının Virciniyada məhkəməsi başladığı vaxta təsadüf edir.
Bu, xüsusi prokuror Robert Müllerin ona qarşı başlatdığı iki məhkəmə işindən biridir.
Manaforta qarşı irəli sürülən vergidən yayınma, xarici bank hesablarını açıqlamamaq və banklardan saxta yollarla kredit almaq ittihamlarının Müllerin Trampın kampaniyasının Rusiya ilə əlaqələrinə dair istintaqı ilə əlaqəsi yoxdur.
Manafort Rusiya istintaqına ötən il Müller Trampın kampaniya işçiləri ilə Rusiya arasında münasibətləri araşdırmağa başlayandan sonra cəlb edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?