Mayk Pompeo İranlı həmkarı ilə Sinqapur sammiti çərçivəsində görüşmək niyyəti olmadığını bildirib
ABŞ dövlət katibi Mayk Pompeo İranlı həmkarı ilə Sinqapur sammiti çərçivəsində görüşmək niyyəti olmadığını bildirib.
Mayk Pompeo və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ASAN-ın . ( Cənubi Asiya Ölkələri Assosiasiya)şənbə günü keçiriləcək toplantısına qatılacaq.
ABŞ prezidenti Donald Tramp isə deyib ki, İran prezidenti Həsən Ruhani ilə o ölkənin nüvə proqramının müzakirəsi və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün hər hansı ön şərtlər qoyulmadan görüşmək istərdi.
"Mən istənilən adamla görüşə bilərdim. Mən görüşlərə inanıram”.
Tramp bu bəyanatı iyulun 30-da “İran prezidenti ilə görüşmək istərdimi” sualına cavab olaraq verib.
ABŞ prezidentinin bu bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin artmasından və iki tərəfin qarşılıqlı hədələr səsləndirməsindən az sonra səslənib.
Tramp iyulun 22-də Twitter-də baş hərflərlə yazdığı postda İrana “Birləşmiş Ştatları yenidən hədələməmək xəbərdarlığı vermiş, əks halda İranı bütün tarixi boyu görmədiyi nəticələrdən əzab çəkəcəyi” ilə hədələmişdi.
Trampın bu tvitindən əvvəl Ruhani bildirmişdi: “Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anası, İranla müharibə bütün müharibələrin anasıdır”.
Sorğu
Yeni dizaynımız necədir?