ABŞ alimləri əldə etdikləri gəmiriçinin hər hüceyrəsində insan xromosomu olduğunu açıqlayıblar
ABŞ-ın Merilənd ştatının Beynəlxalq Xərçəng İnstitunun alimləri hər hüceyrəsində insan xromosomu olan siçan yaradıblar. Araşdırmalarda istifadə edilən xromosomlar isə donordan alınmayıb. Onlar labaratoriya şəraitində kimyəvi maddələrlə əldə ediliblər. Əldə edilən nəticələrin sintetik biologiya sahəsində mühüm ixtiralara səbəb olması gözlənilir.
İnsan xromosomlu siçanı əldə edən qrupun rəhbəri Natalay Kouprina sintetik insan xromosomu yaratmaqda məqsədin insan hüceyrələrinə gen köçürmələri və insan genlərinin necə işlədiyini öyrənmək olub. "Gələcəkdə bu şəkildə əldə etdiyimiz məlumatların genetik xəstəliklərin müalicəsində istifadəe dilə biləcək gen terapiyasının hazırlanmasında istifadə edə bilərik".
Alimin sözlərinə görə, bu xromosom "xromosom 47" adlandırılıb.
Sorğu
Yeni dizaynımız necədir?