GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ İrana qarşı müharibədən vaz keçə bilər

ABŞ İrana qarşı müharibədən vaz keçə bilər

Tarix: 4-08-2018, 11:43 Bölmə :Dünya Baxış: 303
ABŞ İrana qarşı müharibədən vaz keçə bilər


Amerika cənub qonşumuzda gedən daxili prosesləri dollarla körükləyir; Elçin Mirzəbəyli: “Tramp” Mən danışıqlara hazıram" deməklə məsuliyyəti İran rəhbərliyinin üzərinə qoyur"

İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə İranın maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq. Xatırladaq ki, bu barədə ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk açıqlama vermişdi. Vaşinqtonun İrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışan ABŞ rəsmisi sanksiyaların növbəti mərhələsinin icrasına noyabrın 6-dan başlanacağını da anons etmişdi. Dediyinə görə, bu mərhələdə isə İranın energetika və bank sektoruna qarşı sanksiya tətbiq ediləcək.

ABŞ hökumətinin İranla bağlı strategiyasını media nümayəndələrinə şərh edən Huk bildirmişdi ki, Vaşinqtonun yeni sanksiyalar verməkdə məqsədi İran rejimini devirmək yox, onun rəhbərliyinin rəftarını dəyişməkdir. ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Vaşinqtonla Tehran arasındakı gərginlik müharibə həddinə çatıb. Hətta Avstraliya mediası avqust ayında İranın bombalanacağını xəbər vermişdi.

Ancaq bunun ardınca maraqlı proseslər cərəyan etməkdədir. Belə ki, ABŞ prezidenti Donald Tramp İran prezidenti Ruhani ilə şərtsiz görüşmək niyyətində olduğunu bəyan etdi. Hərbi hücum təhdidlərini səsləndirdikdən bir həftə sonra ABŞ prezidenti Donald Tramp dünən heç bir ilkin şərt olmadan İran prezidenti Həsən Ruhani ilə istədiyi zaman görüşməyə hazır olduğunu bildirib. İtaliya baş naziri Cüzeppe Konte ilə birgə mətbuat konfransında Tramp deyib: “İran təmsilçisi ilə görüşmək istərdim, əlbəttə ki, görüşmək istəyirlərsə...”. “Heç bir ilkin şərt yoxdur, - deyə o əlavə edib. - Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm. Bu, ölkəmiz üçün faydalıdır, onlar üçün də, bizim və dünya üçün xeyirlidir”. Ancaq Tehran bu təklifin qarşılığında şərtlərinin olduğunu açıqlayıb.

Son bir neçə gün ərzində isə İranda xalq etirazlarının genişlənməsi müşahidə olunur. Belə aydın olur ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar habelə İran rialının dollara münasibətdə sürətlə dəyər itirməsi iranlıları ayağa qalxmağa təhrik edib. Yayılan məlumatlara görə, qiymət artımına və milli valyutanın devalvasiyasına görə İranı bürümüş etiraz dalğası ölkənin paytaxtına - Tehrana çatıb. Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətdən narazı vətəndaşlar hökumət əleyhinə şüarlar səsləndiriblər. Daha öncə Məşhəd, Şiraz və İsfahan şəhərlərində ölkədə iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları hakimiyyəti qida məhsullarının qiymətlərinin artırılmasının qarşısını almağa və milli valyutanın məzənnəsinin aşağı düşməsini dayandırmağa çağırıblar. Aksiya polis tərəfindən dağıdılıb.

Tramp ABŞ-ın may ayında çıxdığı İranla “gülünc” nüvə razılaşmasını əvəz edəcək bir tənzimləməni müzakirə etmək istəyir. O etiraf edib ki, İran liderləri hələ onunla görüşməyə hazır deyillər, amma son nəticədə onların təmasa girəcəklərini düşünür. Belə görünür ki, ABŞ liderinin “İran xalqının yanındayıq” bəyanatı da müsəlman qonşumuzun daxilindəki gərginliyi tətikləyən faktorlardandır.

Dövlət katibi Mayk Pompeo isə dəfələrlə İranda rejimə qarşı etirazlara dəstək bildirib və regionda İranın mövqeyinə dair geniş dəyişikliklərin siyahısını təqdim edib. Ancaq maraqlıdır ki, Tramp Pompeonun dialoq üçün tələb olunan şərtlərini kənara qoyub. “Heç bir şərt yoxdur. Əgər görüşmək istəsələr, istədikləri zaman görüşəcəyəm”, - deyə bildirib.

Beynəlxalq Böhran Qrupunun tədqiqatçısı Əli Vaiz dünən “əl-Monitor”a bildirib: “İranlılar daxilən ziddiyyətli bir administrasiya ilə niyə danışıqlar aparsın ki?! Onlar Pompeonun 12 ön şərti və ya prezidentin ilkin şərtsiz təklifinə inansınlar? Bu mərhələdə heç bir İran lideri başına dirənmiş silahla danışıqlar apara bilməz. Prezident Tramp İranla bütün razılaşmaların ana mövzusunu tapa bilmədi, amma administrasiyasında da heç kəs İrana fayda gətirəcək bir müqavilə imzalanmasını istəmir”. “Trampun təhdidləri və təhqirləri İranı zəhərləyib, - Əli Vaiz əlavə edib. - Ruhaninin yenidən siyasi danışıqlara cəlb olunmasının təməli yoxdur”.

Bu arada Tehranın güc nümayiş etdirməsi maraq doğurur. GünAzTV xəbər verir ki, avqustun 2-dən başlayaraq İranın dəniz qüvvələri körfəzdə hərbi təlimlərə başlayıb. Bu barədə Amerikanın adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi CNN telekanalına açıqlamasında məlumat verib. Təlimlərin keçirilməsi, ABŞ-ın Mərkəz Komandanlığının (CENTCOM) sözçüsü Uilyam Urbanın bununla bağlı açıqlamasından bir gün sonraya təsadüf edib. Amerikanın adının çəkilməsini istəməyən rəsmisi bildirib ki, cümə axşamı günündən (dünəndən) Hörmüz boğazının və Oman dənizinin yaxınlığında keçirilən hərbi təlimlərə “Sepah”ın sürət qayıqları və bəzi hərbi gəmiləri qatılıb.

ABŞ-İran qarşıdurması hansı həddədək davam edə bilər? Demək olarmı ki, Ağ Ev savaş ritorikasına son qoyaraq İranı daxildən sarsıtmaq siyasətinə üstünlük verəcək?

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Çinin İrandan neft almaqda davam edəcəyi barədə qərarından sonra Trampın belə bir açıqlama ilə çıxış etməsi kifayət qədər maraqlı görünür: “Qeyd edim ki, İrandan neft alan ölkələrin ardıcıllığı əsasən belədir: Çin, Hindistan, Yaponiya, Cənubi Koreya. Artıq Yaponiya və Cənubi Koreya ABŞ-ın sanksiyalarına uyğun davranacaqlarını bəyan ediblər. Hindistanın neft və təbii qaz nazirliyi isə ölkənin emal zavodlarına İrandan neft alışını ”0"-a endirmələri ilə bağlı göstəriş verib. Çin İrandan neft almaqda davam edəcəyini bildirsə də, həcmi artırmayacağını bəyan edib. Bu isə o deməkdir ki, İran neft idxalından əldə edəcəyi gəlirlərin 60 faizini itirəcək".

Siyasi təhlilçi İran daxilində baş qaldıran etirazlardan da bəhs etdi: “Bəlli olduğu kimi, may ayından başlayaraq İranın milli valyutası iki dəfədən çox dəyər itirib. İnsanlar kütləvi şəkildə milli valyutanı dollara dəyişirlər. Ölkədə valyuta qıtlığı yaranıb. Sahibkarlar çox böyük zərər görüblər. Ard-arda sənaye və istehsal müəssisələri qapadılır. Vətəndaşlar iş yerlərini itirirlər. Bu isə öz növbəsində kütləvi etirazların daha da güclənməsinə rəvac verir”. E.Mirzəbəylinin sözlərinə görə, belə bir şəraitdə Trampın İran prezidentini heç bir ön şərt olmadan görüşə dəvət etməsi ilk növbədə İran cəmiyyətinə ünvanlanmış mesaj kimi qəbul oluna bilər: “Bildiyimiz kimi, Donald Tramp hər dəfə İrana yönəlik bəyanatlarla çıxış edəndə, ABŞ-ın İran vətəndaşları ilə hər hansı bir probleminin olmadığını bildirir. Bu addım da ola bilsin ki, prezident Ruhaniyə görüş zamanı ABŞ-ın tələblərinin çatdırılması ilə bağlı olacaq. Trampın bu təklifi əslində Ruhanini ciddi bir seçim qarşısında qoyur. Əgər o, görüşə razılıq verəcəksə, bu, mühafizəkarların açıq müstəvidə hərəkətə keçməsinə zəmin yaradacaq. Görüş baş tutacağı təqdirdə Ruhaninin sərgiləyəcəyi davranışlardan da çox şey asılıdır”.

Politoloq deyir ki, bütün hallarda, görüş baş tutsa da, tutmasa da, İranda daxili problemlərin aradan qalxacağı inandırıcı görünmür. Çünki bu görüşün sanksiyaların aradan qaldırılmasına zəmin yaradacağı ehtimalı çox azdır: “Tramp “Mən danışıqlara hazıram" deməklə məsuliyyəti İran rəhbərliyinin üzərinə qoyur. Görüş nəticəsiz qalacağı təqdirdə isə şübhəsiz ki, ölkədəki sosial gərginliyin əsas səbəbkarı kimi İran hökuməti göstəriləcək və bu da öz növbəsində etirazların güclənməsinə rəvac verəcək. Şübhəsiz ki, ABŞ İranı içəridən vurur. Əslində sanksiyaların məqsədi də elə bundan ibarətdir. Əks təqdirdə, biz hərbi müdaxilənin, yaxud rəsmi Tehranın regional və qlobal miqyasda hərəkətlərinin məhdudlaşdırılmasına yol açan addımların şahidin olardıq".

Qarşıdakı dönəmlərdə nə baş verəcək, demək çətindir. Amma belə görünür ki, Ağ Ev İran daxilindəki etirazları körükləmək üçün bütün potensialını işə sala bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır

    ABŞ İrana qarşı yeni sanksiyalara hazırlaşır ...

    18-07-2017, 14:44

  • 
  • ABŞ İrana qarşı sanksiyaları genişləndirib

    ABŞ İrana qarşı sanksiyaları genişləndirib ...

    24-03-2018, 10:07

  • 
  • ABŞ İrana 100 milyard dollarlıq zərbə vurmagı məqsəd qoyur.

    ABŞ İrana 100 milyard dollarlıq zərbə vurmagı ...

    12-05-2013, 14:44

  • 
  • ABŞ-İrana müharibəsi başlayır

    ABŞ-İrana müharibəsi başlayır ...

    25-07-2013, 10:07

  • 
  • İran Avropanın Tramp administrasiyasının nüvə razığılından çıxmamasına təsir göstərəcəyinə ümid edir

    İran Avropanın Tramp administrasiyasının nüvə ...

    1-10-2017, 18:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu