BMT Myanmanı Raxin vilayətinə girişi təmin etmək haqda razılığın şərtlərinə əməl etməyə çağırıb. Bu ştat ötən il Rohinca müsəlmanlarına qarşı zorakılıqlara səhnə olmuşdu.
BMT-nin qaçqınlar və inkişaf agentlikləri Myanma ilə iyun ayında razılıq əldə edib. Razılığın şərtlərinə görə, Rohinca qaçqınları sığındıqları Banqladeşdən təhlükəsiz şəkildə evlərinə qayıtmalıdır.
Agentliklər bu gün bəyanat yayaraq, Myanmanı Banqladeşin bütün bölgələrindən qaçqınların azad həkəkətini təmin etməyə çağırıb.
Ötən avqust ayından bəri Banqladeşə 700 mindən çox Rohinca müsəlmanı sığınıb.
Rohincalılar bir sıra insan haqları pozuntuları, qətl, zorlama kimi zorakılıqlarla üzləşib. BMT və ABŞ bunu etnik təmizləmə kimi qiymətləndirib.
Rohincalılar Myanmada azlıq təşkil edir. Onlar Myanmada əsrlərə yaşasalar da, onların tam vətəndaşlıq hüquqları yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?