Cenifer Lopes Türkmənistan prezidentinin ad günündə oxuyub
Hüquq müdafiəçiləri Türkmənistan prezidentinin doğum günündə çıxış edən amerikalı müğənni Cenifer Lopezin 10 milyon dollar qazandığını iddia edir. “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçiləri bildiriblər ki, müğənni hansı “diktatorun” qarşısında çıxış edəcəyinə özü qərar verə bilər.
Lakin "Amnesty International”ın Meksika qadınlarının hüquqlarının müdafiəsində aktiv iştirak edən pop-divanın bu cür korporativ tədbirlərdə iştirakının onun nüfuzuna zərbə vura biləcəyini də istisna etmirlər.
Xatırladaq ki, Cenifer Lopez iyunun 29-u 56 yaşını qeyd edən prezident Qurbanqulu Berdimuhammedovun doğum günündə ifa etmişdi. O, üç rəqqasın müşayiəti ilə bir neçə məşhur mahnısını oxumuşdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?