ABŞ-ın vitse-prezidenti Maykl Pens növbəti dəfə Türkiyəni təhdid edib.
Vitse-prezident yeni təhdid mesajını Tvitter üzərindən yayımlayıb. Rahib Bransonun Türkiyədə həbs edilən məsum bir şəxs olduğunu ifadə edən Pens bəyan edib ki, ədalət rahibin azad edilməsini istəyir: “Türkiyə Donald Trampın qürbət torpaqlarda haqsız yerə həbs edilən amerikalıların ABŞ-a qayıtması istiqamətində qərarlılığını sınamasa, yaxşı olar”. Maykl Pens ikinci tvitində isə bir qədər də irəli gedərək bəyan edib ki, Prezident Tramp və şəxsən özü Bransonun sərbəst buraxılması və ailəsinə dönməsi anına qədər geri çəkilməyəcək. Hər bir amerikalı rahib Bransonun və xanımı Norenin evində olduğu ana qədər dua etməlidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?