ABŞ-ın kəşfiyyat icması ilə Ağ Ev arasında gərginlik artır. Belə ki, prezident Donald Tramp və yüksək vəzifəli kəşfiyyat rəsmiləri məxfi məlumatlara çıxış imtiyazları ilə bağlı qızğın söz mübadiləsi aparır.
Tramp cümə günü Ədliyyə Departamentinin rəsmisini məxfi məlumatlara çıxış imtiyazlarının əlindən almaqla hədələyib. Bundan əlavə onun bu imtiyazları Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktorunun əlindən almaq qərarı isə birmənalı qarşılanmayıb.
Cümə günü Mərkəzi Kəşfiyyat Agentliyinin 60-dan çox keçmiş rəsmisi bu addımı qınayan bəyanat imzalayıb.
Trampın cümə günü hədələdiyi Ədliyyə Departamentinin rəsmisi Brüs Ohr Ağ Evin bu həftənin əvvəli məxfi məlumatlara çıxış imtiyazlarının əllərindən alınma riski ilə üzləşdiyini söylədiyi doqquz hazırkı və sabiq rəsmilərdən biridir.
Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktörü Con Brennan Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktörü Con Brennan Ohr Trampın Rusiya ilə əlaqələri ilə bağlı Polad Dosye adlı sənəd hazırlayan müxalif tədqiqat şirkəti Fusion GPS-in sahibi Qlenn Simpsonla əlaqələrinə görə, tənqidlərlə üzləşib. Ohr-ın həyat yoldaşı da qısa bir müddət Fusion GPS-də çalışıb.
“Onun imtiyazlarını çox yaxında əlindən alacağımı ehtimal edirəm. Onun Ədliyyə Departamentində qalıb, gördüyü işi davam etməsi rüsvayçılıqdır”- deyə, Tramp Ohra istinadən bildirib.
Tramp Ohrı həmçinin xüsusi prokuror Rober Müllerlə əlaqəsinin olduğunu deyib və bu əlaqənin Mülleri “diskvalifikasiya”etdiyini bildirib. Müller Rusiyanın 2016-cu il prezident seçkilərinə medaxiləsini araşdırır. Tramp isə cümə axşamı bu istintaqı “saxta ifritə ovu” adlandırıb.
Trampın sözləri və hazırkı və keçmiş rəsmilərinin əllərindən məxfi məlumtları çıxış imtiyazlarını almaq təhdidləri böyük qınaqlara səbəb olub.
Cümə günü azı.15 keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmisi də bəynat imzalayaraq, “Ağ Evin Con Brennanın əlindən məxfi məlumatlara çıxış imtiyazlarının alınması ilə bağlı daha öncə görünməmiş bəyanatları və addımlarını qınayıb”.
Aralarında Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktorları Robert Geyts, Corc Tenet və təqaüdə çıxmış general Deyvid Petreusun da olduğu rəsmilər deyib: “Biz daha öncə məxfi məlumatlara çıxış imtiyazlarının indi olduğu kimi siyasi alət kimi istifadə olunduğuna şahid olmamışıq Bu addım keçmiş və hazırkı rəsmilərə açıq işarədir”.
Daha sonra onlara 60-dan çox keçmiş CIA rəsmisi və təhlilçi qoşulub. Onların arasında sabiq direktor Brennanın düşüncələri ilə razılaşmayanlar isə ayrı bəyanatla çıxış edib.
“Bizim hamımız məxfi məlumatların icazə olmadan açıqlanmasına qarşı müdafiə olunmasının vacibliyinə inanırıq. Amma biz həmçinin inanırıq ki, sabiq hökümət rəsmiləri mühüm milli təhlükəsizlik məsələləri ilə bağlı düşüncələrini cəzalandırılma qorxusu olmadan dilə gətirmək haqqına sahibdirlər.”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?