“Hətta soyuq müharibə dövründə Avropa və Rusiya, yəni o vaxtkı SSRİ enerji məsələsində sıx əməkdaşlığa malik olublar. Biz Rusiya ilə neft-qaz təcizatı məsələsində əməkdaşlığa yox deyə bilmərik”.
gundemxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, belə bəyanatla Almaniya kansleri Angela Merkel Tbilisi Universitetində çıxış edib. Kanslerin sözlərinə görə, Almaniya Azərbaycanda da qaz ala bilər.
“Lakin açıq desək həmin qazı hazırda Rusiya qazını aldığımız qiymətə almaq mümkün deyil...Avropa Rusiyadan qazı başqa ölkələrdən aldığından ucuz alır”-Merkel qeyd edib.
Almaniya kansleri Cənubi Qafqaz turnesinə dünən başlayıb, o bu gün Gürcüstandan Ermənistana keçəcək. Daha sonra-avqustun 25-də Bakıya gələcək.
“Reuters” Almaniya hökumətindəki mənbələrə istinadən bildirir ki, Merkelin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri Cənub Qaz Dəhlizinin reallaşması, habelə gələcəkdə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsi perspektivləri olacaq.
“Kommersant”ın Gürcüstandakı bəzi mənbələri kanslerin Tblisidəki danışıqlarında da Cənub Qaz Dəhlizinə dair müzakirələr apardığını bildirir. Bunu dolayısı ilə Tbilisidə keçirdiyi mətbuat konfransında Merkelin Almaniya tərəfindən Gürcüstana yeraltı qaz anbarının tikintisi üçün 150 milyon dollar kredit ayırmaq planlarını açıqlaması da təsdiq edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?