Ermənistanda bir qrup silahlı şəxs Kassasiya Məhkəməsinin keçmiş sədri Arman Mkrtumyanın evinə basqın edib.
Bu barədə Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan danışıb.
Məlumata görə, hadisə ötən gün 22:00 radələrində baş verib. 3 nəfər silahlı şəxs keçmiş məhkəmə sədrinin İrəvanın 16 kilometrliyində yerləşən Coraxbyur kəndindəki malikanəsinə hücum ediblər. Hücum nəticəsində yaralananlar olub. Hadisəni törədən şəxslərdən biri saxlanılıb.
Faktla bağlı cinayət işi başladılıb.
Qeyd edək ki, Mkrtumyan 2008-2018-ci illərdə Kassasiya Məhkəməsinin sədri vəzifəsini icra edib./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?