Ermənistanın Kassasiya Məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın evinə silahlı basqın olub.
gundemxeber.az bildirir ki, bunu jurnalistlərə ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan deyib.
Onun sözlərinə görə, Kotayksk vilayətinin Dzorahbyur kəndində yerləşən evə avtomatla silahlanmış üç nəfər maskalı şəxs hücum edərək atəş açıb. Həmin vaxt A.Mkrtumyanın özü və ailə üzvləri evdə olublar. İnsident nəticəsində xəsarət alanlar var.
Hücum edənlərdən biri zərərsizləşdirilərək tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, A.Mkrtumyan 2008-2018-ci illərdə Ermənistan Kassasiya Məhkəməsinin sədri olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?