ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp geyimi ilə yenidən medianın gündəminə çevrilib.
gundemxeber.az xəbər verir ki, birinci xanım Ağ Evin bağında ağac əkmə mərasimində iştirak edib.
O, palıd əkmək üçün “Christian Louboutin”dən dikdaban ayaqqabı, “Valentino”dan isə 4 min dollarlıq güllü ətək geyinib.
Bildirilir ki, ayaqqabının hündür dabanları torpağa bataraq diskomfort yaradıb. Tramp bu ayaqqabılar üzərində 3 dəqiqədən artıq qala bilməyib, foto çəkilişdən sonra o, dərhal kölgəlik əraziyə keçib.
Çəkilişdən fotolar sosial mediada yayılıb. Sosial şəbəkə istifadəçiləri Melaniyanın ağac əkmək üçün seçdiyi imici “uğursuz seçim” adlandırıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?