GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Yurda qayıdış” aksiyasına imkan verilməyib

“Yurda qayıdış” aksiyasına imkan verilməyib

Tarix: 1-09-2018, 12:31 Bölmə :Dünya Baxış: 758
“Yurda qayıdış” aksiyasına imkan verilməyib


Sentyabrın 1-də erməni silahlı birləşmələrinin nəzarət etdiyi Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslər “Yurda qayıdış” çağrışına qoşularaq dinc şəkildə öz evlərinə qayıtmaq məqsədi ilə Ağdam-Bərdə yolunun kəsişdiyi yerə (dördyol, Bakıdan 330 kilometr qərb) toplaşıb. Polis aksiyaya imkan verməyib, saxlananlar var

“Yurda qayıdış” çağırışını bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağdam rayonunun Qərvənd kəndindən olan məcburi köçkün Camal Əhmədov edib.

Camal Əhmədov
Camal Əhmədov
Əhmədov çağırışında bildirir ki, 66 yaşlı, ağır xəstə vəziyyətdə olmaqla 30 ildir Qarabağ dərdi ilə sinəsi dağlanan bir vətəndaşam.

“Ərazi bütövlüyümüz uğrunda ölümün ağzına atılan bir vətəndaşını yola salmağa gəlməyə qeyrəti çatmayanlar vətəni, milləti, dövləti və dövlətçiliyimizi ağ günə çıxara bilməzlər...

Məni yola salmağa gələcək insanlar ucadan şüarlar söyləməyin, əllərinizə hər hansı bir bayraq və ya hər hansı bir rəngdə olan parça, plakat almayın, ictimai asayişə ciddi əməl edin, polisin və ya hərbiçilərin qanuni göstərişlərinə mübahisəsiz əməl edin, onlara qətiyyən müqavimət göstərməyin, onlara qarşı qətiyyən zor tətbiq etməyin, mitinq, yürüş təşkil etməyin”, o facebook səhifəsində qeyd edib.

Əhmədovun çağırışına yüzlərlə insan qoşulub. Çağırışa gələnlərin arasında keçmiş baş nazir Pənah Hüseyn, azadlıq hərəkatının liderlərindən Nemət Pənahlı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı və digər çoxsaylı siyasi və ictimai fəallar var.

Bərdə-Ağdam dördyolu kimi tanınan ərazidə olan aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, ərazini polislər əhatəyə alıb.

“Buraya çoxsaylı Post Patrul Xidmətinin avtomobilləri və ətraf rayonların polis şöbələrinin əməkdaşları yerləşdirilib. Aksiyaya imkan vermirlər. Çağırış edən Camal Əhmədov, həmçinin Pənah Hüseyn, Nemət Pənahlı, Rahim Qazıyev, Akif Nağı və digər çoxsaylı insanlar saxlanılaraq Bərdə, Tərtər və Ağdam rayon Polis şöbələrinə aprılıb”, o qeyd edib.

Digər bir iştirakçı isə Amerikanın Səsinə bunları deyib: “Biz məcburi köçkünlər heç bir dövlətin sərhədini pozmadan, dinc şəkildə, şüarlar söyləmədən, ölümümüzü belə gözümüzün altına alaraq öz ölkəmizin ərazisində öz doğma evimizə qayıtmaq istəyirik. Öz evinə qayıtmaq istəyən insanlara əslində beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Azərbaycan və Ermənistan hərbiçiləri təhlükəsiz dəhliz açmalıdır. Biz öz doğulduğumuz evimizdə yaşamaq istəyirik. Faşist Almaniyası belə dinc insanları evindən qovmayıb. Bizim öz evimizə getməyimizə özümüzünkülər imkan vermir ”, Laçın rayonunun ermənilərin nəzarətində olan kəndindən məcburi köçkün göz yaşı ilə bildirib.

Bakı vaxtı ilə saat 11.30-da Pənah Hüseyn və Akif Nağının polisdə izahatı alınaraq azad buraxılıb.

“Bizi və bir neçə aksiyaya qöşulmaq istəyən insanları yolda saxlayaraq Tərtər rayon Polis Şöbəsinə apardılar və izahatımızı alaraq azad buraxdılar. Camal Əhmədov hazırda Bərdədir, onunla telefonla əlaqə saxlamışam”, Pənah Hüseyn Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, hələ Nemət Pənahlıının, Rəhim Qazıyevin telefonuna zəng çatmır.

Rəsmi qurumlar aksiya və saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkün özünü asdı

    Məcburi köçkün özünü asdı ...

    23-03-2016, 11:42

  • 
  • Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın intihar edib

    Bərdədə xərçəng xəstəsi olan məcburi köçkün qadın ...

    5-02-2017, 20:58

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09

  • 
  • Bakıda məcburi köçkün ailəsində faciə

    Bakıda məcburi köçkün ailəsində faciə ...

    9-05-2013, 11:34

  • 
  • Ağdam rayonunun işğalından 25 il ötür

    Ağdam rayonunun işğalından 25 il ötür ...

    23-07-2018, 10:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu