Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etmək niyyətindədir.
gundemxeber.az xəbər verir ki, bu barədə o özü "facebook"da canlı yayımda bildirib. "Yaxın vaxtlarda mənim Moskvaya səfərim gözlənilir, hansı ki, onun gedişatında Rusiya prezidenti Vladimir Putinlə görüşəcəm. Bu, bizim üçüncü görüşümüz olacaq", - deyə o bildirib. Ermənistanın baş nazirinin mətbuat katibi Arman Eqoyan isə qeyd edib ki, hökumət başçısının səfəri barədə informasiya səfərdən 1-2 gün əvvəl yayılır. Buna görə də o, görüş barədə xəbəri nə təkzib, nə də təsdiq edə bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?