Şimali İraq ərazisindən Qara Dənizə sızma təşəbbüsü uğursuz olan PKK-nın yeni planı ifşa olub.
Təşkilatın Ermənistandakı düşərgələrdə olan terrorçuları, xüsusilə qeyri-qanuni sol terror təşkilatlarını intensiv olaraq təşkilatlandığı Ağrı, Bingöl, Tunceli və Tokat üzərindən Qara Dəniz dağlarına keçirməyə çalışdığı ortaya çıxıb. Türkiyəyə sızan terrorçuların Gümüşxana sahillərinə keçməyə çalışdığı müəyyən edilib.
SOL TƏŞKİLATLAR YARDIM EDİR
PKK-nın Ermənistandakı düşərgələrində olan terrorçuları sərhəddən keçirərək Tendürek Dağına ötürdüyü ortaya çıxıb. Ermənistanın illərdir dəstəklədiyi və düşərgələrinin yerləşdiyi Ermənistan sərhədindən keçən terrorçuların TİKKO, MKP, TİKB, MLKP kimi qeyri-qanuni sol terror təşkilatlarının başqa adlarla, xüsusilə də mövsümi fəhlələri istifadə edərək bölgəyə sızma təşəbbüsündə olduğu müəyyən olunub.
QARA DƏNİZ İSRARININ SƏBƏBİ
Terror təşkilatının Qara Dəniz inadkarlığının əsas səbəbi də ortaya çıxıb. Amanos Dağlarındakı ən böyük local terror aksiya qrupu yox edilən PKK-nın, yenidən təşkilatlanması üçün Qara Dənizi Amanoslara çevirmək istədiyi təsdiq olunub. PKK-nın yaxalanan "Aralıq Dənizi təşkilatının" məsulu Halo kod adlı Əyyub Poladın verdiyi ifadələr istiqamətində aparılan əməliyyatlarla, təşkilata Amanoslarda böyük zərbə vurulmuşdu. Təşkilatın ilk fazada terrorçularını ötürmək istədiyi Qara dənizə sonra da sursat və partlayıcı daşımağı planlaşdırdığı müəyyən edilib.
TƏHLÜKƏSİZLİK YÜKSƏK SƏVİYYƏDƏ
Terror təşkilatın fərqli yollardan Qara dəniz bölgəsinə sızmaq istəməsindən sonra təhlükəsizlik orqanları, xüsusilə qeyri-qanuni sol terror təşkilatlarının olduğu Tunceli, Bingöl, Ağrı və Tokat ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Havadan pilotsuz İHA-larla izlənən bölgələrdəki hərbi hissələr mümkün əməliyyat üçün hazır saxlanılır. Olası təhlükədə türk ordusu onları və gəldikləri əraziləri vuracağı qaçınılmazdır
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?