Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bildirib ki, onun höküməti İngiltərənin mart ayında keçmiş rus casusunu zəhərləməkdə ittiham etdiyi iki nəfərin kim olduqlarını bilir.
Putin həmin insanların Rusiya casusları olması ilə bağlı Britaniyanın ittihamlarını rədd edərək, onların sivil vətəndaşlar olduğunu qeyd edib.
''Əlbəttə, biz həmin insanları araşdırdıq. Biz onların kim və harda olduqlarını müəyyənləşdirmişik. Mən ümid edirəm ki, onlar özləri önə çıxıb, özləri haqqında məlumatlar verərlər. Bu hamı üçün yaxşı olar. Burada xüsusi bir şey və ya cinayət əməli yoxdur. Sizi əmin edirəm ki, özünüz bunu çox yaxında görəcəksiniz.'' - deyə, Rusiya prezidenti Vladimir Putin ildirib.
Rusiya keçmiş casus Sergey Skripal və onun qızı Yuliyaya qarşı həyata keçirilən sinir qazı hücumunun arxasında olduğuna dair Britaniyanın ittihamlarını rədd edir.
Kanada, Fransa, Almaniya, İngiltərə və Amerika Birləşmiş Ştatları iki şübhəliyə qarşı irəli sürən ittihamları dəstəkləyən birgə bəyanat yayıb. Onlar İngiltərə istintaqçıların gəldikləri nəticələrə inandılarını ifadə ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?