Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrdə iki ölkə arasında münasibətlərin normallaşma tempinin artması fonunda 27 sentyabrda baş tutacaq Almaniya səfərinə hazırlanması həftələrlə vaxt aparan 8 qovluqla gedir.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Angela Merkellə iki dəfə görüşməsi nəzərdə tutulan Ərdoğanın kanslerlə başda FETÖ-PKK olmaqla, terror qruplaşmaları, miqrant problemi və İdlibdən gələn yeni köç dalğası, iqtisadiyyat, hərbi məsələlər, məscidlər və QHT-lər istiqamətində edilən hücumları, Almaniyada sürətlə inkişaf edən islamafobiya və noyabrda keçiriləcək Almaniya İslamı Konfransı kimi məsələləri müzakirə etməsi gözlənilir.
FETÖ siyahısı
Almaniya-Türkiyə münasibətlərinin hər baxımdan qiymətləndiriləcəyi diplomatik təmaslarda Ərdoğan fərari FETÖ-çuların Türkiyəyə qaytarılması ilə bağlı müraciətlərin cavabsız buraxılması, buna baxmayaraq, həmin şəxslərə mühacirət hüququ verilməsindən hiss olunan narahatlığı ifadə edəcək və FETÖ tərəfdarlarının təhvil verilməsi istəniləcək. Bu fonda Merkelə 40-a yaxın FETÖ-çunun siyahısı veriləcək.
Səfər çərçivəsində rəsmi Berlinin PKK-ya qarşı nümayiş etdirdiyi mövqe də müzakirə olunacaq. Ümumilikdə Ərdoğanın qovluğundakı 8 müzakirə mövzusu:
* Almaniyada Adil Öksüz və Zəkəriyya Özün də aralarında olduğu 40-dan artıq FETÖ rəhbəri var. Bunları Türkiyəyə qaytarın.
* PKK Almaniyada rahatlıqla dolaşmasın.
* Məscidlər, siyasi partiya büroları və Almaniyadakı türklərə aid şirkətlərə hücum edən PKK-çılar məhkəmə qarşısına çıxarılsın.
* Müsəlmanlara qarşı irqçi hücumlar dayandırılsın.
* Türkiyənin miqrant qəbul etmək potensialı dolub. İdlibə hücum ediləcəyi halda Avropa köç dalğasına hazır olsun.
* “Leopard” tanklarının modernizasiyasındakı problemlər müzakirə edilsin.
* Türkiyədəki dəmiryollarının modernizasiyası qiymətləndiriləcək (layihənin dəyəri 35 milyard avro olaraq qiymətləndirilir).
* Noyabr ayında təşkil olunacaq Almaniya İslam Konfransında yeni bir islam anlayışı ifadə olunacağı iddiası Ankaranı narahat edir./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?