Fransada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəhbəri Emmanuel Makronla görüşdən sonra mətbuat konfransı keçirib.
Yelisey sarayında baş tutan mətbuat konfransında fransız jurnalistin Ərodğana verdiyi sual kiçik qalmaqala səbəb olub. Türkiyə rəhbəri fransalı jurnalistin sualına əsəbləşib.
“2014-cü ilin yanvar ayında Türkiyədən Suriyaya göndərilən TIR yüklərinin içərisindən silahlar çıxdı. Türkiyə nə səbəbə Suriyaya silah göndərirdi?”, - deyə müxbir soruşub.
Ərdoğan isə müxbirin sualına kinayə ilə cavab verib: “Sualınızı anlamadım. Suriyaya kim silah göndərir?”. Jurnalist isə sualını bir daha təkrar edib: “Həmin dövrdə Türkiyənin Suriyaya göndərdiyi yardımın içərisindən silahlar tapılıb. Bu da Türkiyənin bölgədə gərginlik yaratmaq istəyinə dəlalət idi. Türkiyə Suriyaya nə səbəbə silah göndərib?”. Ərdoğan isə suala daha da qəzəblənib: “Siz FETO-çuların dili ilə danışırsız”.
Müxbir isə cavaba daha sərt təpki göstərib: “Səhv edirsiz, mən jurnalist dili ilə danışıram”.
Ərdoğan isə fikirlərini belə əsaslandırıb: “Çünki həmin silahların tapılması ilə bağlı fikirləri FETO ilə əlaqəli şəxslər bildiriblər. Hazırda həmin insanlar həbsdədirlər. Bəs sən jurnalist olaraq niyə araşdırmırsan ki, ABŞ Suriyaya içərisi silah dolu 4 min TIR göndərib. Axı sən jurnalistsən. Niyə bu məsələnin üzərində araşdırma aparmırsan? Xahiş edirəm, məsələni araşdırın və sonra sual verin. Başqalarının ağzından eşidənləri yazmayın. Sizin qarşınızda yalanlara aldanan şəxs dayanmayıb. Bir daha deyirəm, FETO dili ilə danışmayın”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fransaya səfər edib və həmkarı Emmanuel Makron ilə görüşüb./ölkə.az
Sorğu
Yeni dizaynımız necədir?