ABŞ prezidenti Donald Tramp Çini ABŞ seçkilərinə “fəal şəkildə təsir göstərməyə və dəyişməyə çalışaraq” müdaxilə etməkdə ittiham edib. O, Çinin Amerika işçilərinə zərbə vuracaq ölçülərlə cavab verdiyi halda, Pekinə qarşı daha ciddi sanksiyaların tətbiq edilməsi ilə hədələyib.
Tramp ittihamlarını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib və Çinin onun iddia etdiyi kimi qarşıdan gələn ara seçkilərini hədəf alıb-almadığına da aydınlıq gətirməyib.
“Çin açıq şəkildə bəyan edib ki, mənə bizim fermerlərimiz, təsərrüfatçılarımız və sənaye işçilərimizə mənə sadiq olduqları üçün hücum etməklə bizim seçkilərimizə təsir göstərmək və dəyişməyə çalışır", Tramp Twitter səhifəsindəki mesajında yazıb.
ABŞ prezidenti bu ittihamlarla Çinin Trampın Çindən gələn 200 milyard dollar həcmində mallara əlavə tariflər tətbiq etməsinə qarşı ölçülər götürüləcəyini bildirməsindən sonra verib.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq Pekinin nə zaman cavab tədbirləri görəcəyini söyləməyib. O, “ABŞ tərəfinin proteksionist və birtərəfli tədbirlərinin qəbuledilməz” olduğunu əlavə edib.
Tramp administrasiyasının tətbiq etdiyi yeni idxal vergiləri gələn həftə sentyabrın 24-də qüvvəyə minəcək və 2019-cu ilin yanvaraın 1-də 25 faizədək artırılacaq.
Yeni tarifləri elan etdiyi bəyanatda Tramp xəbərdarlıq edib ki, “əgər Çin fermerlərimizə və ya digər sənayelərə qarşı cavab tədbirləri görsə, biz dərhal üçüncü mərhələyə keçəcəyik, bu da əlavə 267 milyard dəyərində mallara tariflərin tətbiq olunacağı deməkdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?