ABŞ-ın dəniz qüvvələri dağıdıcısı Cənubi Çin dənizində "naviqasiya azadlığı" əməliyyatı həyata keçirib.
Reuters xəbər agentliyinə anonim şəkildə məlumat verən ABŞ rəsmisi USS Mustin gəmisinin Çinin süni adaları yaxınlığında hərbi manevlər keçirdiyini deyib.
Məlumata Çinin nə Müdafiə. nə də Xarici İşlər Nazirlikləri münasibət bildirib.
ABŞ Çinin adalar inşa etməsini tənqid edərək, bu ölkəni regionda hərbi mövcudluğunu artırmaqda günahlandırır.
Çinin qonşuları ilə Cənubi Çin dənizində ərazi iddiaları var.
Bügünkü əməliyyat ABŞ prezidentinin Çinə ciddi sanksiyalar tətbiq edərək, Çindən idxal edilən mallara 60 milyard dollar tarif müəyyən etməsindən sonra keçirilib.
ABŞ prezidenti Çinlə illik 375 milyard ticarət defisitindən narahatlığını da dilə gətirib. O, yeni qaydaların tətbiqinin buna kifayət etdiyini deyib.
ABŞ ordusu müttəfiqlərinin iddia etdiyi ərazilər də daxil edilməklə, dünyada keçirdiyi əməliyyatlarının siyasətdən uzaq olduğuna dair üzünmüddətli mövqeyini müdafiə edir.
Bu arada, Çinin hərbi qəzeti Cənubi Çin dənizində illik manevrlərin bir hissəsi olaraq təlimlər keçiriləcəyini yazır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?