Türkiyə ilə ABŞ arasında əsas müzakirə mövzularından biri hesab olunan Menbiç bölgəsində bələdiyyə, təhlükəsizlik, kəşfiyyat və maliyyə kimi bir çox sahələr PKK terror qruplaşmasının Qəndildən göndərdiyi terrorçuların əli ilə idarə olunur.
Türk əsilli “Rezan” kod adlı terrorçunun rəhbərlik etdiyi qrup Qəndilin qəbul etdiyi qərarları Menbiç bələdiyyəsinin həmsədri Fərhat Dərikli adlı şəxsə ötürür. ABŞ-ın bölgədəki hərbçiləri Qəndilin qəbul etdiyi və daha sonra Menbiçdə tətbiq olunan qərarlara heç bir müdaxilə etmir.
6 mindən çox PKK terrorçusunun olduğu Menbiçdə ABŞ-a yaxın şəxslərdən sayılan Cəmil Məzlum baş qərargah rəisi vəzifəsini daşıyır. Menbiçi şərq və qərb mərkəz qüvvələri olmaqla iki fərqli hərbi bölgəyə ayıran PKK qərbdəki dəstələrə Kamal Mustafa, şərq cəbhəsinə isə Cəmil adlı terrorçunu təyin edib.
Bölgədə xalqın narazılığından qorxan PKK liderlərinin yalnız ABŞ-ın verdiyi zirehli maşınlarla hərəkət edə bildiyi qeyd olunur./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?