Respublikaçılar Partiyası parlamentin buraxılmasına izn verməyəcək, Paşinyan isə insanları yenidən küçələrə səsləyəcək.
Bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni politoloq Asmik Şapaxatyan deyib.
“Hələlik parlamentin buraxılması ilə bağlı müzakirələr gedir. Məncə, indiki situasiyada növbədənkənar seçki inqilabın ictimai epiloqu olacaq. Hazırkı parlament cəmiyyət üçün heç bir ümid vəd etmir”, - o bildirib.
Şapaxatyan Paşinyanın ABŞ-dan geri qayıtdıqdan sonra öz planlarını gerçəkləşdirə biləcəyini söyləyib. Onun sözlərinə görə, əgər hazırkı hökumət seçkidə böyük fərqlə qalib gəlsə, o zaman onları Levon Ter-Petrosyanın taleyi gözləyə bilər.
Qeyd edək ki, 90-cı illərdə Petrosyan Qarabağ klanı və Rusiyanın təzyiqi ilə məcburi istefaya göndərilib. Onun istefasından bir müddət sonra isə Ermənistanda parlament teraktı baş tutub və nəticədə daxili siyasətdəki aparıcı simaların əsas qismi məhv edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?