Vaşinqtonda yerləşən Federal Məhkəmə hakiminin açıqlamasına görə, Konqresin Nümayəndələr Palatasının 200 üzvü prezident Donald Trampa qarşı iddia qaldırmağa hazırlaşır.
Amerikanın Səsi-nin xəbərinə görə, Nümayəndələr Məclisinin üzvləri, Trampı Konqresin razılığı olmadan xarici hökumətlərdən hədiyyə almaq, ya da qazanc əldə etməklə ittiham edirlər və bu şəkildə prezident Trampı konstitusiyanı pozmaqda ittiham edirlər. İttihama görə, Tramp bütün dünyada müxtəlif şəhərlərdə şirkətlərə və otellərə malikdir. Bu otellərdən biri də Vaşinqtondadır və Ağ Evə ziyarətə gələn xarici nümayəndələr də zaman zaman bu mehmanxanada yerləşdirilirlər. Prezident Tramp digər ölkələrdə olan şirkətlərindəki sahibliyini davam etdirir, ancaq şirkətlərinin idarəsini oğullarına buraxıb. Tənqidçilər bunun yetərli bir addım olmadığını deyirlər. Konqres üzvlərini təmsil edən və qanuni bir qurum olan Vaşinqton mərkəzli Konstitusiya Məsuliyyət Mərkəzinin direktoru Elizabet Vydra, "Nümayəndələr Palatası üzvlərinin cinayət işi açmağa hazırlaşdıqlarını qəbul edən məhkəmə, Amerikada kimsənin, həta prezidentin belə qanunların üzərində olmadığını ortaya qoymuşdur" deyib. Ədliyyə Nazirliyi də prezidenti məhkəmədə müdafiə etməyə davam edəcəklərini bildirib. Cümə günü məhkəmənin verdiyi açıqlama, prezidentə qarşı cinayət işi açılması üçün yetərli əsasların olduğunun qəbul edildiyi ikinci məhkəmə olub
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?