Amerikanin yeni seçilən prezidenti Donald Tramp seçkilərdə milyonlarla insanın qanunsuz səs verdiyini iddia edib. Xarici mətbutın yazdığına görə, milyarder bu barədə fikirlərini “Twitter” hesabında bölüşüb. Trampın yazdığına görə, o, Seçicilər Şurasının qərarı ilə prezident seçilib: “Mən həm də seçicilərin səsi ilə seçilmişəm. Əgər qanunsuz verilən səsləri çıxsaq...” Xatırladaq ki, nəticələrə əsasən Hillari Klinton Donald Trampı 2 milyon səslə qabaqlayıb. Tramp Seçicilər Şurasının 306 üzvünün səsini alaraq qalib olub. Klinton isə 232 səs alıb. Ancaq səsvermdə Klintona 64 milyon, Trampa isə 62 milyon nəfər səs verib. Amerika seçki sisteminə əsasən bu səslər prezidentin seçilməsində rol oynamır. Prezident Seçicilər Şurasının səsi ilə seçilir və bunun üçün 270 səs lazımdır. Tramp özü seçkidən əvvəl çox sayda qanun pozuntusu olacağına dair xəbərdarlıq etmişdi. Seçkidən sonra isə bir müddət susqunluğunu qoruyan Klinton cəbhəsi dünən yayılan açıqlama ilə nəticələrə Rusiyanın təsiri barədə iddia ilə çıxış edib. Qərargahın yaydığı açıqlamada bildirilir ki, seçkilərin nəticəsinə kiberhücumların təsiri araşdırılmalıdır. Bununla yanaşı 3 ştatda səslərin yenidən sayılması tələb olunur. Analitiklər belə hesab edir ki, Trampın bu bəyanatı onu gözləyə biləcək problemlərə indidən hazırlaşmaq cəhdidir. Bir sözlə Tramp “tranplin”ə düşdü və...
Sorğu
Yeni dizaynımız necədir?