Ermənistan prezidenti Armen Sərkisyan baş nazir Nikol Paşinyanın təqdimatı ilə üç təyinata imza atıb.
Oktyabrın 4-də Feliks Solokyan fövqəladə hallar naziri postuna, Qaregin Baqramyan enerji infrastrukturu və təbii sərvətlər naziri postuna, Akob Arşakyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri postuna gətirilib.
Əvvəlki nazirlər, eləcə də hökumətin daha üç üzvü – kənd təsərrüfatı; iqtisadi inkişaf və investisiyalar; gənclər və idman nazirləri oktyabrın 2-də istefaya göndərilib./Novator.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?