Haitidə 5.9 bal gücündə zəlzələ 11 adamın ölümü, 135-nin yaralanmasına səbəb olub.
Evlər və xəstəxanalar dağılıb. Haitinin Daxili İşlər Nazirliyi təkanların bütün ölkə boyu hiss edildiyini bildirib.
Petit Goavedə insanlar təşvişlə küçələrə qaçıb. Sakinlər Amerikanın Səsinə bildirib ki, əvvəlcə zəlzələ baş verdiyini anlamamış, sonra isə panika ilə küçələrə çıxmışlar.
Haitinin cənub-şərq bölgəsində yaralılar xəstəxanalar dolu olduğu üçün eyvanda müalicə olunur.
Paytaxt Porte-Prinsdə hazırda sakitlikdir.
Xilas əməliyyatlarına baş nazir Jan Henri Keant rəhbərlik edir. O, bir qrup polis, ordu və milli qvardiya rəsmilərini zəlzələnin məruz qaldığı bölgələrə nəzarət üçün təyin edib.
Haitinin mülki müdafiə agentlyinin bildrdiyinə görə, zəlzələ Porte-Pe şimal bölgəsində 19 kilometrlik ərazini əhatə edib.
Prezident Covenel Mois insanları sakitliyə çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?