Ermənistan parlamenti de-fakto buraxılıb, bircə de-yure buraxılması qalıb.
Gundemxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, əgər kimsə xalq üçün problem yaratmaq istəyirsə, bu zaman xalq özü o problemi kənarlaşdıracaq: “Əgər xalq qərar versə ki, bu hakimiyyət dəyişməlidir, deməli, dəyişməldir. Mən bu prosesin qarantıyam”.
Paşinyan həmçinin istefaya getməsinə də münasibət bildirib: “İstefa barədə hələ ki qərar verməmişəm. Xalq mənim istefama qarşı çıxır”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?