Ankara ilə Vaşinqton arasında amerikalı pastor Endryu Bransonun sərbəst buraxılması və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvinə dair razılaşma əldə olunub.[b][/b]
Gundemxeber.az bildirir ki, bu barədə The Washington Post nəşrinin adları açıqlanmayan amerikalı rəsmilər və digər mənbələrə istinadən yaydığı məlumatda deyilir.
Bildirilir ki, Branson artıq oktyabrın 12-də növbəti məhkəmə iclasından sonra azadlığa çıxa bilər.
Buna cavab olaraq ABŞ administrasiyasının Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə və bu cür qərarların qəbul edilməməsinə dair öhdəlik götürdüyü iddia olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?