Dolların TL-yə nisbətinin günə 6.05 səviyyəsində başlamasından sonra üç il fasilədən sonra ilk dəfə dollar 6 TL-nin altına düşdü. Dolların düşüşünün ABŞ-lı keşiş Endryu Brunsonın bugünkü məhkəmə prosesi ilə bağlı olduğu iddia edilir.
Bazarlar bağlanandan sonra ABŞ mediasında keşiş Brunsonun məhkəmə iclası ilə bağlı iddialarından sonra dolların səviyyəsi bazarda 5.90 TL-yə qədər enib. NBC-nin iddiasına görə, Ağ Ev, keşiş Brunsonun azad olunaraq yaxın günlərdə ABŞ-a qayıtmasını gözləyir. 2 ildir həbsdə olan və daha sonra ev həbsində saxlanılan Brunson ilə bağlı bəzi ittihamların götürüləcəyi və iki ölkə rəsmilərinin bu yöndə razılığa gəldiyi iddia edilib. Qeyd edək ki, ABŞ-ın xarici işlər naziri Mayk Pompeo daha əvvəl verdiyi açıqlamada ABŞ-lı keşiş Endryu Brunsonun bu gün keçiriləcək iclasda sərbəst buraxılacağı iddiaları haqqında danışmışdı. ABŞ-ın paytaxtı Vaşinqtonda jurnalistlərin suallarını cavablandıran Pompeo, "Bu ediləcək ən doğru şeydir. Bu Türkiyənin görməsi lazım olan insanı bir şeydir "demiş və keşiş Brunsonın sərbəst buraxıldığı təqdirdə bunun Türkiyə-ABŞ münasibətləri üçün də" mühüm bir addım" olacağını bildirmişdi. Brunsonın sərbəst buraxılması məsələsində ümidli olduğunu deyən Pompeo, "Brunson və həyat yoldaşının çox keçmədən ölkələrinə qayıdacaqları barədə çox ümidliyəm" deyə qeyd etmişdi./Müxalifət.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?