Səudiyyəli jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz, ABŞ-ın New York Times” qəzetinə yazdığı məqalədə, "Camalı itirdiksə, yalnız qınamaqla yetinmək lmaz. Onu bizdən alanlar siyasi mövqelərindən asılı olmayaraq hüquqi çərçivədə cəzalandırılmalıdır" deyib. Qaşıqçının itkin düşməsindən sonra Donald Tramp tərəfindən təcili qaydada Ağ Evə çağrılan Çingiz, məqaləsində bu dəvəti qəbul edə biləcəyini bildirib.
Əgər o gün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda nələr olduğunu ortaya çıxarmaq üçün sərf olunan səyləri həqiqətən kömək etsə, dəvəti qəbul etməyi düşünürəm", - deyə yazan Çingizin ABŞ-da saxlanılması və Türkiyəyə qarşı istifadə edilməsindən narahatlıq edilir. Çingiz, yazısında bunları qeyd edib:
Orada qeyb oldum
“Konsulluğa çatanda, içəri girdi. Mənə qısa müddətdən sonra ondan məlumat ala bilməsəm, Türk orqanlarına məlumat verməyimi istədi. Əgər bunun Camalla son görüşüm olduğunu bilsəydim, konsulluğa özüm girərdim. O binadan bir daha heç çıxmadı. Və onunla mən də orada qeyb oldum. Camal zülmə qarşı səsini qaldırdı, amma Səudiyyə Ərəbistanı xalqının azadlıq tələbini öz həyatı ilə ödədi. Əgər ölübsə , hansı ki, elə olmadığına ümid edirəm, bu gün onun doğum günündə minlərlə Camal doğacaqdır. Səsi və fikirləri Türkiyədən Səudiyyə Ərəbistanına və dünyanın hər yerinə çatacaqdır"./Müxalifət.az
Sorğu
Yeni dizaynımız necədir?