Ukraynada qəzaya uğrayan Su-27 təyyarəsinin iki pilotu ölüb.
Onlardan biri ABŞ Milli Qvardiyasının hərbi qulluqçusudur.
19.20
Ukraynada Su-27 təyyarəsi qəzaya uğrayıb.
Qəza təlim-döyüş uçuşu zamanı Vinnitsa vilayətində baş verib.
Bildirilir ki, hazırda Ulanov kəndi ərazisində axtarış-xilasetmə tədbirləri görülür.
Qeyd edək ki, oktyabrın 8-dən 19-dək Ukraynada NATO ölkələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Təlimlərdə Belçika, Danimarka, Böyük Brtiyaniya, Niderland, Estoniya, Rumıniya, Polşa və ABŞ iştirak edir./oxu.az
Sorğu
Yeni dizaynımız necədir?