İslam Dövləti qrupu şənbə günü iyul ayından bəri girov saxladığı iki qadın və dörd uşağı Suriya hökümətinin ekstremist qrupun üzvləri ilə qohumluq əlaqələri olan onlarla qadını azad etməsi mübadiləsinə azadlığa buraxıb.
Bu qadınlar və uşaqlar İŞİD-in iyulun 25-də qrup Sveyda əyalətində keçirdiyi reyd zamanı oğurladığı 30 insanlar arasında idi. Həmin reyd nəticəsndə 216 insan ölmüşdü. Bir qadın İŞİD-in girovu ikən ölüb, bir digəri isə güllələnərək öldürülüb. Avqust ayında isə onlar 19 yaşında bir oğlanı öldürüb.
Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə Qrup bildirib ki, iki qadın və dörd uşaq mübadilə çərçivəsində azad olunan ilk qrupdur və bundan əlavə insanlar da azad ediləcək. Təşkilatın bildirdiyinə görə, hökümət də cavab olaraq rəsmilərin ələ keçirdiyi 60 qadını azad edəcək və 27 milyon dollar pul verəcək.
Suvayda 24 fəal qrupu azad edilən qadın və dörd uşağın şəklini paylaşıb. Qrup əlavə edib ki, rəsmilər cavab olaraq İŞİD döyüşçülərinin 17 həyat yoldaşını və səkkiz uşağı azad edib. Qrupun bildiridiyinə görə. İŞİD-in hələ də girov saxladığı 21 qadın və uşaq növbəti günlərdə azadlığa buraxılacaq.
Suvayda 24 azad olunanların Rəsmiyə Əbu Əmmar və Abir Şalgin və onun dörd övladının olduğunu müəyyən edib.
İyulun 25-də Suriyanın cənubunda yerləşən Sveyda şəhəri və yaxınlıqda azlıq Druz icmasının yaşadığı kəndlərə hücum ekstremist qrupun Suriya və İraqda bir zamanlar nəzarət etdiyi torpaqları itirməsindən sonra həyata keçirdiyi ən ölümcül hücum idi.
SANA dövlət xəbər agentliyi Sveydanın qubernatoru Amer Aşiyə isitnadən bildirib ki, altı girov Suriya qoşunlarının Sveydadan kənarda səhralıq ərazidə ekstremistləri mühasirəyə almasının nəticəsində azad edilib. O yaxında daha çox girovun azad ediləcəyini söyləyib.
Sorğu
Yeni dizaynımız necədir?