Türkiyə sərhəd keşilk xidməti bildirib ki, bazar ertəsi mühacirləri daşıyan qayığın Türkiyənin qərbində, Bodrum şəhəri yaxınlığında sahildən cəmi 50 metr məsafədə batması nəticəsində iki nəfər həlak olub.
Sərhəd keişik xidmətindən əldə edilən məlumata görə 17 nəfər qayıqdan xilas edilib.
Sərhəd keşik xidmətinin bəyanatında deyilir ki, üç nəfər sahilə üzməyə müvəffəq olub. Lakin onlardan ikisi bir qədər sonra xəstəxanada ölüb.
Sağ qalanların axtarışları və xilasetmə əməliyyatları davam etdirilir.
Mühacirlərin milliyəti hələlik müəyyən edilməyib.
Türkiyə Yaxın Şərqdə və Afrikada münaqişlərdən qaçaraq daha firavan həyat tərzi ümidi ilə Avropaya üz tutan mühacirlər tərəfindən tranzit ölkə kimi istifadə edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?