Amerikalı milyarder Corc Sorosun oğlu Aleksandr Soros atası ilə birlikdə ABŞ-ın keçmiş prezidentləri Klinton və Obamaya da göndərilən bombalara görə Donald Trampı ittiham edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.
Aleksandr Soros hər 3 bombanın bənzərliyinə diqqət çəkərək əsas şübhəli kimi Donald Trampın adını çəkib. Soros demokratlara qarşı edilən bu hücumların arxasında Tramp hakimiyyətə gəldikdən sonra başlayan və artıq şeytani bir hal alan siyasətin dayandığını qeyd edib.
“Trampkimilər böyük bir zərbəyə məruz qalan hazırki demokratiyanın ən böyük günahkarlarıdır. Bizə düşən siyasəti bu əqidədən təmizləmənin yollarını axtarmaqdır”, - Soros bildirib.
Qeyd edək ki, ötən gün Klinton və Barak Obamanın evinə, həmçinin CNN telekanalının Nyu Yorkdakı binasına, bir qədər əvvəl isə Corc Sorosun Nyu Yorkun Vestçester mahalındakı evinə içərisində bomba olan paket göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?